Aktyor öpüşmə səhnəsindən danışdı: "Təkrar çəkilişə şikayət etmirdim" - FOTO

Aktyor öpüşmə səhnəsindən danışdı: "Təkrar çəkilişə şikayət etmirdim" - FOTO
10:12 11 Aprel 2017
159 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Forsaj 8" filminin qəhrəmanlarından biri aktyor Vin Dizel çəkiliş zamanı başına gələn ən maraqlı anlardan danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Vin jurnalistlərin "Şarliz Teronla öpüşmə səhnəsi haqda nə deyə bilərsiniz" sualına belə cavab verib:

"İlk dəfə mənə bu barədə deyəndə, heç düşünmədən razılaşdım. Şarliz də pis öpüşmür. Səhnəni təkrar çəkəndə qətiyyən şikayət etmirdim".

Dizel öpüşmə səhnəsindən Teronun da razı qaldığını vurğulayıb:

"Əlbəttə, onun da xoşuna gəlib. Dodaqlar yalan demir. Mən Şarlizi öpəndə bilirdim ki, xoşuna gəlir. Həm də çox". 

Qeyd edək ki, Almaniya və Nyu-Yorkda təqdimatı olan film Bakıda aprelin 13-dən etibarən nümayişə girəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR