Gəncədə 4-cü, 2017-ci ildə ilk dəfə

Gəncədə 4-cü, 2017-ci ildə ilk dəfə
12:17 11 Aprel 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XXV turunun “Kəpəz” - “Neftçi” qarşılaşması yeni rekordla əlamətdar olub. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən qarşılaşmanı 10000 tamaşaçı izləyib. 


Bu da mövsümün 2017-ci ilə aid hissəsi üçün rekord göstəricidi. Ümumilikdə isə mövsümdə 4-cü dəfə bir qarşılaşmaya 10000 və ya daha çox tamaşaçı toplaşıb. İlk üç oyun da Gəncə stadionunda baş tutub. Həmin görüşlər mövsümün ilk yarısına təsadüf edib. “Kəpəz”in evdə “Qarabağ”la oyununu 14238, “İnter”lə matçını 10650, “Zirə” ilə görüşünü 10000 seyrçi izləyib. Mövsümün 3-cü göstəricisinin təkrarı olan “Kəpəz” – “Neftçi” matçı qış fasiləsindən sonrakı dövr üçün mütləq rekorddur.


Xatırladaq ki, “Kəpəz” “Neftçi” ilə ev oyununda 2:0 hesabı ilə qalib gəlib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-gncd-4-cu-2017-ci-ild-ilk-df-t57503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR