"Puzzle" uşaqların inkişafı üçün vacibdir

"Puzzle" oyunu üzərində müxtəlif kəsikli hissələr olan fiqurlardır. Bu parçaları birləşdirmək özü bir inkişafetdirici gücə malikdir.

Metbuat.az bildirir ki, ümumi adı "Puzzle" olan oyuna "kubik-rubik", "düz-poz", "sök-yığ", "şən taxta" da demək olar.

Sök-yığla məşğul olmaq balacalara 4 vacib fayda verir:

- Diqqət çatışmazlığını aradan qaldırır.

Sök-yığlar körpələrin diqqətini toplaması üçün dəstəkləyici vasitədir. Onlar bu işi görərkən, həm parça-tam əlaqəsini öyrənir, həm də səbr etməyi öyrənərək, bunu qavrayırlar.

- Göz yaddaşını formalaşdırır.

Şəkil, sahə, rəng xüsusiyyətini daşıyan "puzzle"-ları balaca söküb yığarkən, həm bu parçaları sonradan yığarkən harda olduğunu, rəng və formasını xatırlama bacarığını formalaşdırır. Boşluqları tapmaq üçün mühakimə bacarığını öyrədir, həm də bunları edə-edə buraxdığı boşluqları taparaq, onu yadda saxlayır və göz yaddaşını formalaşdırır.

- Problem həlletmə bacarığını formalaşdırır.

Ümumi görünüşü və ya ayrı-ayrılıqda heç bir məna ifadə etməyən "puzzle"-ların parçalarını bir araya gətirdikdə bəlli bir ölçüdə nəyəsə oxşayır.

Bu axtarış metodu balacalarda problemi həll etməyə cəhd anlayışını formalaşdırır. Çarə tapmaq, mühakimə aparmaq bacarıqları əmələ gəlir. Nəticədə zehndə inkişaf başlayır.

- Özünəinam hissini aşılayır.

Ayrı-ayrılıqda bir anlam ifadə etməyən parçaları birləşdirərək, səbrlə bir nəticəyə çatmaq, başladığı işi tamamlaya bilmək və bunu yanındakılarla paylaşmaq körpələrdə özünəinam yaradır.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR