Xaricdə təhsil üzrə yeni dövlət proqramı hazırlanır

Xaricdə təhsil üzrə yeni dövlət proqramı hazırlanır
13:39 11 Aprel 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan gənclərinin xaricdə təhsili üzrə yeni dövlət proqramının hazırlanması üçün bir sıra müvafiq dövlət orqanları ilə razılaşdırma prosedurları həyata keçirilir. APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, hazırda yeni proqram baxılma mərhələsindədir.

 

Nazir müavini xatırladıb ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3500-dən gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb: “Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışırlar. Sevindirici hal ondan ibarətdir ki, xaricdə magistratura təhsili alan gənclər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb olunub. Dövlət proqramı çərçivəsində gənclərin bir hissəsi hələ təhsillərini davam etdirirlər. Qarşıdakı 2 il ərzində dövlət proqramının məzunları təhsillərini başa çatdıracaq”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271894

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR