İlk sınaq imtahanına yazılış başlayır

İlk sınaq imtahanına yazılış başlayır
14:09 11 Aprel 2017
134 Digər
Ölkə mətbuatı
A- A+

 

 

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 27-də ilk sınaq imtahanı keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, imtahanın respublikanın 26 şəhər və rayonunda olmaqla, 96 imtahan binasında təşkil olunması nəzərdə tutulur. Sınaq imtahanının keçirilməsi üçün imtahan binalarında ümumilikdə 51050  yer ayrılıb.

 

Nəzərinizə çatdırırıq ki, imtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.

 

May ayının 27-də keçiriləcək sınaq imtahanına qeydiyyat 12 aprel saat 10:00-dan 23 may saat 10:00-dək aparılacaq.

 

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ  kimi qeydiyyatdan keçməlidirlər.

 

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR