"Sənət yox, pul düşünürlər" - Aygün gənc ifaçıları tənqid etdi

"Sənət yox, pul düşünürlər" - Aygün gənc ifaçıları tənqid etdi
19:27 11 Aprel 2017
130 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova gənc ifaçıları tənqid edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "10-dan sonra" verilişində deyib ki, indi ifaçılar sənəti düşünmürlər:

"İndi səhnəyə gələnlərin bir məqsədi var: tez görsənim, əlim toya, pula çatsın. Bu, sənət deyil. Əvvəl işgüzarlıq daha çox idi. Fanat dərəcəsində sənəti sevirdilər.

İndi gənc yaradıcı insanların münasibətini görmüşəm, çox fərqlidir, hər şeyə adi baxırlar, qiymətləndirə bilmirlər. Keyfiyyətə üstünlük vermirlər. Heç gözləmədiyin bir hadisə baş verəndə sənətçinin peşəkarlığı görünür. Mikrofon sönə, səhnədə yıxıla bilərsən. Bax, həmin an vəziyyətdən çıxmalısan".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/534078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR