Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir.
Metbuat.az-ın məlumatına görə, bu gün Avropanın ən mötəbər klub turnirində iki görüş keçiriləcək. Günün mərkəzi matçında "Barselona" "Yuventus"un qonağı olacaq. Bir digər oyunda isə Dortmund "Borussiya"sı "Monako"nu qəbul edəcək.
Çempionlar Liqası
1/4 final
11 aprel
22:45. "Yuventus" - "Barselona"
22:45. "Borussiya" (Dortmund) - "Monako"