Tramp Əsədi "heyvan" adlandırdı

Tramp Əsədi "heyvan" adlandırdı
10:27 12 Aprel 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp suriyalı həmkarı Bəşər Əsədi "heyvan" adlandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  Tramp bunu "Fox Business" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya Suriya hakimiyyətini dəstəkləməsəydi, bu ölkədə heç bir problem olmazdı.

"Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı", - deyə Tramp B.Əsədlə bağlı sualı cavablandırarkən bildirib.  
 
ABŞ prezidenti Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb.
 
"Bunu vaxtı ilə Barak Obamanın administrasiyası etməli idi", - Tramp əlavə edib.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR