Döydü, çılpaq şəkilləri ilə şantaj etdi – BAKIDA

Döydü, çılpaq şəkilləri ilə şantaj etdi – BAKIDA
12:39 12 Aprel 2017
244 Digər
Ölkə mətbuatı
A- A+

Bakı sakinini şantaj edən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini olan bir nəfər Nəsimi RPİ 22-ci PB-yə müraciət edərək paytaxt sakini olan Rövşən Xankişiyev tərəfindən döyüldüyünü, çılpaq şəkillərini çəkib sosial şəbəkədə yayacağı ilə hədələyərək ondan 1000 manat pul tələb etdiyini bildirib.

 

22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Xankişiyev tutulub.

 

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR