6 aylıq körpə məşhur futbolçuya görə xəstəxanalıq oldu

6 aylıq körpə məşhur futbolçuya görə xəstəxanalıq oldu
21:19 12 Aprel 2017
125 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya yığmasının və “Çelsi”nin futbolçusu Sesk Fabreqas xoşagəlməz hadisənin iştirakçısı olub. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 6 aylıq körpənin zədələnməsinə səbəb olub.

 

Bu barədə uşağın anası Viktoriya Dithardt məlumat verib. London sakini bildirib ki, topla oynamaq qadağan olunmuş parkda Fabreqasın zərbəsindən sonra top onun oğlunun başına dəyib. Dithardt hadisədən dərhal sonra övladını xəstəxanaya aparıb. Tibbi müayinədən sonra körpənin beyin silkələnməsi keçirdiyi bəlli olub.

 

Hadisə ilə bağlı danışan Viktoriya Dithardt bunları deyib: “Top oğlumun başına dəydi. Buna kimi uşaq şən idi, deyib-gülürdü. Amma zərbədən sonra çox sakit oldu”.

 

Fabreqas etdiyi hərəkətə görə üzr istəsə də, Dithardt sakitləşməyib: “Ondan adını soruşanda həyat yoldaşı özünü qabağa verdi və telefon nömrəsini verdi. Mənə maraqlıdı ki, əgər bu hadisə onun oğlunun başına gəlsəydi, özünü necə hiss edərdi? Həmin şəxsin futbolçu olduğunu bilmədim. Bunu mənə parkdakı digər insanlar dedilər".

 

0, 540 funt-sterlinq məbləğində xəstəxana xərcini və təzminat haqqını Fabreqasdan tələb edəcəyini bildirib.

 

Fabreqasın nümayəndələri isə körpəni topla vuran şəxsin Seskin qızı olduğunu bildiriblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR