Messi məşqə çıxmadı

Messi məşqə çıxmadı
06:13 13 Aprel 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun futbolçuları Lionel Messi və Neymar Çempionlar Liqasının ilk 1/4 final matçında "Yuventus"a məğlubiyyətin (0:3) növbəti günü komandanın məşqinə çıxmayıblar.

"Report" "Marca"ya istinadən xəbər verir ki, "göy-qırmızılar"ın baş məşqçisi Luis Enrike məşqdən qabaq futbolçularla xeyli söhbət edib, Turindəki pis oyunlarına görə onları töhmət edib.

Mütəxəssis və futbolçular arasında münasibət məşqçinin mətbuat konfransında yetirmələrinin "Yuve" ilə oyunda olduqca zəif çıxış etdiklərini deməsindən sonra yenidən gərginləşib. Məşqçinin sözlərindən sonra Messi Neymarın müşayiəti ilə meydanı tərk edib və fərdi məşq etməyə başlayıb. Halbuki, klub Lionelin səhhəti ilə bağlı hər hansı bir məlumat yaymayıb.

Məşqdə zədəsini yenicə sağaldan Arda Turan da iştirak edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/194838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR