Bosniya Hersoqavinanın "Pink" kanalında yayımlanan "The Mighty Program" verilişinin aparıcısı 26 yaşlı Senada Nurkiç işindən azad olunub.
Milli.Az "Haberler"ə istinadla bildirir ki, verilişin yayımı dayandırılıb. Kanaldan verilən açıqlamaya görə, buna səbəb izləyicilərdən çoxlu şikayətin daxil olmasıdır.
Lakin məlum olub ki, verilişin əsas bağlanma səbəbi aparıcı Senadanın fahişə olduğunu etiraf etməsidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Nurkiç deyib:
"Fahişəlik mənim ikinci işimdir. Mən bədənimi həyatda qalmaq, insanlara yardım etmək məqsədi ilə satıram"
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində