"Anamı göstərin mənə..." - Meyxanaçı Kərim

"Anamı göstərin mənə..." - Meyxanaçı Kərim
13:52 13 Aprel 2017
179 Ölkə
Ölkə mətbuatı
A- A+

Beyninə qan sızdığı üçün xəstəxanaya yerləşdirilən və ötən gün palatadan evə köçürülən meyxanaçı Kərimdən sevənlərinə xoş xəbər var.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, meyxanaçının səhhəti hər gün yaxşılığa doğru dəyişir. Lakin Kərim, hələ də, anasının ölümündən xəbərsizdir. Qohumları artıq bir neçə gündür ki, müxtəlif bəhanələrlə onun ölümünü gizlədirlər. Kərimin səhhəti haqqında həmkarı Ağamirzə bunları deyib:

"Şükr Allaha, yaxşıdır. Yavaş-yavaş əvvəlki halına qayıdır. Artıq palatadan evə köçürülüb. Ona anasının ölümünü deməmişik. Kərim anası üçün çox narahatdır. Deyir anamı gətirin, onu görmək istəyirəm. Başa salırıq ki, sağal, sonra görüşərsən ananla. Səni belə görməsin, pis olar. Nə bilim, çox pis vəziyyətdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR