Qadınlar niyə çox seriala baxır?

Serial deyəndə gözümüzün önünə ilk növbədə televizor qarşısında əyləşən böyük bir qadın ordusu gəlir. Xüsusilə də, evdar xanımlar boş vaxtlarını doldurmaq üçün gün ərzində üç-dörd serial izləyir.

Bir çox kişini qadınların seriala baxması qıcıqlandırır. Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov qadınların serial sevgisinin səbəblərini açıqlayıb.

“Hər bir insanın daxili boşluğu var. Həmin boşluğu doldurmaq üçün seriallara əsasən qadınlar müraciət edir. Seriallara baxış qadınların hiss və həyəcanlarının əlçatan mənbəyidir. Xüsusilə də, şəxsi həyatı hadisə və sevinc təəssüratları ilə az olan qadınlar reallıqda çatışmayan parlaq həyəcanları seriala baxmaqla yaşayır. Orada təqdim olunan təmtəraqlı həyat elementləri zərif cinsin nümayəndələrini biganə qoya bilmir. Kişilər də, televiziyadan az asılı deyil. Sadəcə olaraq onlar özləri üçün ən uyğun mənzərəni seçməyi sevir. Xüsusilə də, kriminal səpkili serialları izləyirlər. İnsanın hər zaman ruhunu qidalandırmağa ehtiyacı var. Lakin bu ehtiyac düzgün şəkildə istiqamətləndirilsə, daha yaxşı olar”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR