Rusiyalı müğənni və bəstəkar Yevgeni Osin soyğunçuluq faktı ilə bağlı polisə müraciət edib.

Metbuat.az xəbər verir ki, müğənninin 5 mobil telefonu və pulu oğurlanıb. Osin bunu onun evinə gələn 2 qadınla bir kişini etdiyindən şübhələndiyini deyib.

Polis şübhəliləri axtarır.

Qeyd edək ki, 90-cı illər müğənni yaradıcılığının "qızıl dövrü" olub. O, öz səsi ilə estradaya fərqlilik gətirib.

Aytən Novruzova / Metbuat.az