Ukraynanın gömrük işçiləri Kiyevdə beynəlxalq axtarışda olan Rusiya vətəndaşını saxlayıb.

Metbuat.az bildirir ki, Borospol aeraportunda Oman-Kiyev reysinin qeydiyyatı zamanı gömrük işçiləri tərəfindən həbs etmə əməliyyatı həyata keçirilib. İnterpol tərəfindən cinayət məcəlləsinin 205.5-ci bəndinə əsasən (terror qruplaşmasının üzvü olmaq və bu tipli qrupların keçirdiyi tədbirlərdə iştirak etmək) günahlandırılan 30 yaşlı Rusiya vətəndaşı saxlanılıb. Saxlanılan qadın uşaqları ilə birgə İnterpola təhvil verilib.

Xəyalə Xatun / Metbuat.az