"Kurtlar Vadis Vatan" nəhayət ekranlara qayıdır

Türkiyədə reytinq rekordları qıran “Kurtlar Vadisi” filmi yenidən ekranlara qayıdır.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, serialın çəkilişləri artıq başlayıb. Onun yeni adı “Kurtlar Vadisi Vatan” olacaq. Filmin çəkilişlərinin ilk hazırlıqlarını rejissor Sərdar Akar üzərinə götürüb. Bu üzdən o rejissoru olduğu və “TRT1” kanalında yayımlanan “Payitaht Abdülhamit" serialının çəkilişlərinə 5 həftə ara verib.

Antalya şəhəri ətrafında davam edən çəkilişlərdə Cahit Kayaoğlu, Erhan Ufak ve Ertuğrul Şakar da rol alır. Filmin yaxın zamanda yayımlanacağı deyilir. Lakin onun hansı kanal vasitəsiylə tamaşaçılarla görüşəcəyi hələlik məlum deyil.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR