Nizami Kino Mərkəzində "Sonsuz aşk" filmi

Nizami Kino Mərkəzində "Sonsuz aşk" filmi
16:12 19 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Aprelin 18 -də Nizami Kino Mərkəzində "Sonsuz aşk" türk filminin mətbuat nümayəndələri üçün özəl nümayişi keçirilib.

"AFMedia" şirkətinin təqdim etdiyi "Sonsuz aşk" romantik dramının ssenari müəlllifi Deniz Akçay Katıksız, rejisoru Ahmet Katıksızdır. Yaş həddi: 14+

Bacısı ilə bir yerdə sadə həyat tərzi keçirən Zeynəb, hər xırdalıqlardan xoşbəxt olan qadındır. Can isə, gənc yaşda professor dərəcəsi almış, işinə bağlı beyin cərrahdır. Heç bir ortaq nöqtələri olmayan Can və Zeynəb gözlənilmədən bir-birlərinin həyatına girərək, sonsuz sevdanın içinə düşürlər. Amma bu sevda, aşılması çox zor olan acılardan keçməyə məcburdur...

Baş rolları məşhur aktyorlar Fahriye Evcen və Murat Yıldırım canlandırıb.

Xatırladaq ki, aprelin 20-dən Nizami Kino Mərkəzində "AFMedia" şirkətinin təqdimatı ilə Azərbaycan dilində subtitrlərlə nümayiş olunan "Sonsuz aşk" filminin nümayişi başlanacaq. Filmi Türkiyənin "TAFF şirkəti" təqdim edib.

Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/536716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR