Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Milli.Az FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb, 1947-ci il təvəllüdlü Ramanov Hümbət Məhəmməd oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində