Surilər Efiopiyanın cənubunda, Omo çayından qərbdə, Sudanla həmsərhəd bölgədə yaşayırlar. Onların həyat tərzi mursi qəbiləsi təkidir. Malo-qara otarır, az sayda sorqo və mais becərirlər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, surilərin qadınları evdə və tarlada işləyirlər. Üstəlik, evin tikilməsi və uşaqların böyüdülməsi də qadınların boynundadır.

Suri qadınların alt dodaqlarında gil və ya plastik həlqə, bədənlərində bıçaq çapıqlarından ibarət tatu olur.

Fəqət, suriləri mursilərdən ayıran iki məqam var. İlk məqam suri kişilərin bədənlərinə ağ və qırmızı gillə naxışlar çəkmələridir. Bayramlarda isə suri kişilər dərilərinə sarı naxışlar da vururlar.

İkinci məqam isə suri kişilər arasında "donqa"nın çox populyar olmasıdır. Donqa uzun çubuqlarla döyüşdür.

Yetkilik yaşına çatmış suri kişi olduğunu sübut etmək və evlənmək yaşının çatdığını göstərmək üçün donqada özünü sınamalıdır.

Donqa həm də suri kişilər arasında mübahisələrin çözülmə vasitəsidir.

Donqa döyüşünə başlamazdan əvvəl surilər inək və ya dananın venasını dəlir, qan içirlər.

Surilər qonşu nyanqat qəbiləsi ilə əzəli düşməndirlər. Nyanqatlar Sudanda yaşayan topoza qəbiləsi ilə birlikdə surilərin naxırlarına hücum edərək davar oğurladıqları üçün surilər onlara nifrət edir.

Dizi qəbiləsi də surilərin naxırlarına göz dikdiyi üçün surilər onları sevmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində