"Report" Anadolu Agentliyinə isitinadən xəbər verir ki, son bir neçə gün ərzində ən azı 80 yaraqlının öldürüldüğü açıqlanıb.
Döqüşlər zamanı 7 hərbçinin də həlak olduğunu deyən Pakistanlı hərbçilər, 100-dən artıq Taliban üzvünün də yaralandığını bildirib.
Xatırladaq ki, ötən yay Pakistanın Şimali Vəziristan və Heybər bölgələrində keçirilən hərbi əməliyyatlar 2 mindən artıq insanın həyatına son qoymuşdu.