"Report" “Kazinform”a istinadən xəbər verir ki, 35 idmançı boks, güləş, cüdo və taekvondo üzrə yarışlarda mübarizə aparacaqlar.
Qazaxıstan ümumilikdə 50 nəfərlik heyətlə Bakıya gələcək. Onlardan 10 nəfəri məşqçilər korpusunun üzvləri olacaq. Digər 5 nəfərə gəlincə, bunlar nümayəndə heyətinin başçısı, qərargah nümayəndəsi, həkimlər və mətbuat katibidir.
Qeyd edək ki, İslamiada mayın 12-də başlayacaq və 22-də başa çatacaq.