Myanmada avtobusun dərəyə yuvarlanması nəticəsində 17 nəfər ölüb, 22-i yaralanıb.

Metbuat.az xəbər verir ki, hadisə Taylandla sərhəddə baş verib. Sərnişinlərin əksəriyyəti muzdlu işçilər olub.

Qeyd edək ki, ölkənin bərbad yolları hər il minlərlə insanın ölümünə səbəb olur.

Aytən Novruzova / Metbuat.az