"Aeroflot"un reysində turbolentlik nəticəsində 20-dən çox sərnişin xəsarət alıb
Paylaş
99 baxış·1 dəq oxu
Bakı. 1 may. REPORT.AZ/ "Aeroflot" aviaşirkətinin Rusiyadan Taylanda uçan təyyarəsi Banqkok hava limanına qəza enişi həyata keçirib. "Report" TASS-a istinadən xəbər verir ki, yerə enməmişdən az əvvəl layner turbolentlik (hava burulğanı) zonasına düşüb və nəticədə 20-dən çox sərnişin çoxsaylı xəsarətlər alıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.