Bakı. Trend:
"Aeroflot"un Rusiyadan Taylanda uçan təyyarəsi Banqkok aeroportunda qəza enişi edib. Trend-in məlumatına görə, bundan öncə isə təyyarənin hava burulğanına düşməsi səbəbindən 20-yə yaxın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Rusiyanın həmin ölkədki diplomatik nümayəndəliyi məlumatı təsdiqləməklə yanaşı, xəsarət alanlar arasında xarici vətəndaşların da olduğunu bildirib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata görə, xəsarət alanlar əsasən müxtəlif dərəcəli sınıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəsarət alan sərnişinlərin əksəriyyətinin təhlükəsizlik kəmərələrini bağlamadığı barədə bildirlib.