"Aeroflot"un Rusiyadan Taylanda uçan təyyarəsi Banqkok aeroportunda qəza enişi edib.
Metbuat.az-ın məlumatına görə, təyyarənin hava burulğanına düşməsi səbəbindən 20-yə yaxın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rusiyanın həmin ölkədəki diplomatik nümayəndəliyi məlumatı təsdiqləməklə yanaşı, xəsarət alanlar arasında xarici vətəndaşların da olduğunu bildirib. Məlumata görə, xəsarət alanlar əsasən müxtəlif dərəcəli sınıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəsarət alan sərnişinlərin əksəriyyətinin təhlükəsizlik kəmərlərini bağlamadığı barədə bildirilib.