"Aeroflot"un Rusiyadan Taylanda uçan təyyarəsi Banqkok aeroportunda qəza enişi edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bundan öncə isə təyyarənin hava burulğanına düşməsi səbəbindən 20-yə yaxın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Rusiyanın həmin ölkədəki diplomatik nümayəndəliyi məlumatı təsdiqləməklə yanaşı, xəsarət alanlar arasında xarici vətəndaşların da olduğunu bildirib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, xəsarət alanlar, əsasən, müxtəlif dərəcəli sınıq diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alan sərnişinlərin əksəriyyətinin təhlükəsizlik kəmərələrini bağlamadığı bildirlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində