"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Metbuat.az xəbər verir ki, Nəsimi Paşayevin xəstəxanadan ilk görüntüsü yayılıb.

Qeyd edək ki, xəstəliyi haqda Nəsimi bəy özü sosial şəbəkədə məlumat verib:

“Sevgili dostlarım! Bir müddət "Facebook" "Messencer", "Whatsapp"-dan və ümumiyyətlə telefondan uzaq olmalıyam. Rəsmi olaraq 1-24 may tarixləri arasında məzuniyyət götürmüşdüm. İslam Oyunlarına görə məcbur işlə əlaqəni kəsməməliydim. Ancaq səhhətimdə yaranan narahatlıq planlarımı pozdu. Üzeyir doktor anjiyoyla damarlarıma səyahət elədi. Bir neçə yaramaz damara gününü göstərdi. Amma ana damarlardan biri normala dönmək müqabilində doktordan stend istədi. Doktor da mənimlə şərt kəsdi ki, stendi qoyuram, amma sözə baxıb biraz dincələcəksən. Mən də ki, söz verdimsə eləməliyəm. Bu fəsildə kəndə torpağın qoxusunu almağa gəlmişəm”

Onun xəstəxanadan ilk fotosunu təqdim edirik.

Rəvan Nasiroğlu / Metbuat.az