"Yataqda 20 dəqiqədən çox oyanıq qalmayın" -

Ruh sağlamlığı və xəstəlikləri mütəxəssisi Haluk Aksu rahat yuxu ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bir çox insanın yuxu keyfiyyətinin yüksək standartlarda olmaması həyat keyfiyyətini aşağı salır.

Keyfiyyətsiz yuxunun ən böyük səbəbinin yatmaq üçün ayrılan otaqda və yataqda yatılmamasında görən Aksu qeyd edib:

"Yuxunuz gələndə yatağınıza gedin. Yataqda 20 dəqiqədən çox oyanıq qalmamağa diqqət edin. Otağınızdakı telefon, kompyuter və televizoru söndürün. Yuxunuz gəlmirsə, yataq otağı xaricindəki bir otaqda kitab oxuyun. Yatmaq üçün özünüzü məcbur etməyin".

Sərdar Məmmədov/Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR