Kibariyə Bakıda: "Onlar üçün başqa nə edə bilərəm?" - VİDEO - FOTO

Kibariyə Bakıda: "Onlar üçün başqa nə edə bilərəm?" - VİDEO - FOTO
17:37 1 May 2017
135 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Türkiyənin məşhur müğənnisi Kibariyə "qafqazinfo"nun kamerasına tuş gəlib. Sənətçi meneceri ilə konsertin təşkilatçısı Vəfa Vaqifqızı ilə restoranların birində nahar edib. 

Kibariyə nahardan sonra suallarımızı cavablandırıb. O, artıq Bakının daimi sakini olduğunu söyləyib:

"Bakının ən köhnə vaxtlarından buraya gəlirəm. Hər dövrdə paytaxtınızda olmuşam. Bu dəfə hər şey yenilənib, çox gözəl olub. Mən azərbaycanlıları çox sevirəm. Dəhşət qonaqpərvərdirlər. Elə bil ki, öz evimdəyəm. Şəhəriniz çox modern olub. Dünən gəzmişəm, övladıma hədiyyələr almışam".

Müğənni axşam konsertində Zenfira İbrahimova ilə duet oxuyacağını söyləyib:

"Onun möhtəşəm səsi var və gözəl bir qızdır. Məni inanılmaz dərəcədə yaxşı qarşıladılar. Sözdə yox, əməldə hər şeyi göstərdilər. Mənim üçün br insanlıq köşəsi ayırdılar. Onlara min dəfə təşəkkür edirəm. Qızımla da duet oxuyacam".

İfaçı Bakıdakı konserti üçün xüsusi proqram hazırladığını vurğulayıb:

"Bütün sevənlərim üçün xüsusi proqram hazırlamışam, mahnılar oxuyacam. Mən müğənniyəm. Pərəstişkarlarım üçün başqa nə edə bilərəm? Məqsəd odur ki, onlara gözəl dəqiqələr yaşadım".

Kibariyə əməkdar artist Xumar Qədimova ilə hələ də, əlaqəsinin olduğunu, tez-tez görüşdüyünü bildirib: 

"Xumar Qədimova mənim köhnə dostumdur. Səsi və xarakteri əladır. Onunla Türkiyədə duet etdik. Çox bəyənildi. Hələ də, onunla əlaqəm var. Dünən zəng vurdum, danışdıq. Dedi ki, İstanbula gələcəm, görüşək. Mən də razılaşdım. Dostlarımla əlaqəm gözəldi. Xüsusi qısqanclığım yoxdur. Ancaq kompleksi olan insanlar qısqanclıq edər. Mən xoşbəxtəm, özümlə barışığam. Pisliklərdən uzağam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Kibariyə Bakıda:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/540565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR