Kürdə su azaldı

Kürdə su azaldı
20:43 1 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 295 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 468 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 147 m3/s təşkil edərək ongünlük normanın 74 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 355 sm (2016-cı il mayın 01-də 387 sm), Şirvanda 215 sm (2016-cı il mayın 01-də 243 sm), Salyanda 140 sm (2016-cı il mayın 01-də 213 sm), Bankədə 171 sm (2016-cı il mayın 01-də 182 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il mayın 01-də 93 sm) təşkil edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/197175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR