Sürücülər, diqqət: Bu prospektdə rənglənmə işi aparılır

Sürücülər, diqqət: Bu prospektdə rənglənmə işi aparılır
09:59 2 May 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi  məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam  etdirilir.

 

Cəmiyyətdən Lent.az-a verilən məlumatda bildirilir ki, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri bu gün səhər saat 10:00 - dan etibarən Xətai rayonu, Nobel prospektində aparılacaq.

 

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR