Ən məşhur moda balı - Trampın qızı qatılmadı - FOTO

Ən məşhur moda balı - Trampın qızı qatılmadı - FOTO
10:17 2 May 2017
Ölkə mətbuatı
A- A+

Dünən Nyu-York şəhərində dünya modasının ən önəmli şoularından sayılan "Met Gala" keçirilib. Şou-bal "Metropolitan Museum of Art"ın Kostyumlar İnstitutunun sərgisinin açılışına həsr ollunur.

Milli.Az NBC-yə istinadən bildirir ki, builki şou-balın mövzusu "Comme des Garçons" modalar evinin arxividir.

"Metropolitan Museum of Art"ın tarixi boyunca, sadəcə, bir sərgisi bir dizaynerə həsr olunmuşdu. 1983-cü ildə muzey İv Sen-Loranın əsərlərinin retrospektivini təşkil etmişdi.

İndisə şou və bal Rey Kavakuboya həsr olunub.

"Rei Kawakubo/Comme des Garçons: Art of the In-Between" sərgisində Kavakubonun "Comme des Garçons" üçün yaratdığı 120 əsər nümayiş olunacaq.

Bala çağırılanların siyahısını "Vogue" jurnalının baş redaktoru Annra Vintur şəxsən təsdiqləyir. Bir masanın qiyməti isə 25 min dollardan başlayır. Əvvəlki ballardan fərqli olaraq builki "Met Gala"ya İvanka Trapm və Cared Kuşner qatılmayacaqlar. ABŞ prezidentinin qızı və kürəkəni çox məşğul olduqlarını deyiblər.

Qonaqlar arasında müğənnilər Cennifer Lopes, Rianna, Keti Perri, Farrel Uilyams, Selena Qomes,  Rita Ora və Ledi Qaqa, supermodellər Nataşa Poli, Adriana Lima, Behati Prinslu, Eşli Qrem, Keyt Hadson, Emma Roberts, Bella və Cici Hədidlər, Kendis Sueynpul, Heyli Bolduin, Jizel Bundhen, Kendall Cenner, aktrisalar Lüpita Nyonqo, Qvinet Peltrou, Sofi Törner, Blək Lavli, Liz Uizerspun, Teylor Svift, erməni realiti-şou ulduzu Kim Kardaşyan, tennisçi Serena Uilyams və başqaları vardı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR