“Eurovision 2017”-nin azərbaycanlı münsifləri açıqlandı

“Eurovision 2017”-nin azərbaycanlı münsifləri açıqlandı
10:18 2 May 2017
75 Şou
Ölkə mətbuatı
A- A+

Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək "Eurovision" üçün Azərbaycanın milli münsiflər heyətinin tərkibi açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə məlumat müsabiqənin rəsmi saytında dərc edilib.

Azərbaycan milli münsiflər heyətinin tərkibi:

1) Afaq Məlikova (məşhur Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in Xalq Artisti, bədii rəhbər)

2) Aleksandr Şarovski (aktyor)

3) Anar Sadıxov (akkordeonist, aranjimançı)

4) Sevda Ələkbərzadə (müğənni, bəstəkar)

5) Anar Hüseynov (musiqiçi)

Qeyd edək ki, münsiflər heyətinin səsləri ümümi səsvermədə 50% paya sahibdir.

Müsabiqədəki 10-cu ilimizdə Dihaj, musiqisi İsa Məlikova, sözləri Sandra Bjurmana məxsus “Skeletons” adlı mahnı ilə may ayının 9-da keçirləcək birinci yarımfinalda 8-ci nömrə altında səhnəyə çıxacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/197226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR