Oqtay Əsədov: “AŞPA-nın yaz sessiyasında Türkiyəyə qarşı yanlış addım atıldı”

Oqtay Əsədov: “AŞPA-nın yaz sessiyasında Türkiyəyə qarşı yanlış addım atıldı”
12:27 2 May 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ “Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Türkiyəyə qarşı yanlış addım atıldı. Türkiyəni post-monitorinqdən monitorinqə keçirdilər”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.
O bildirib ki, Türkiyə Avropa Şurası Parlament Assambleyasının əsasını qoyan ölkələrdən biridir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da çıxışında AŞPA-nın bu addımını tənqid edib. O deyib ki, burada ikili standartlardan çıxış edilib: "AŞPA-nın məsələlərə iki standartlarla yanaşması yaz sessiyasında pik həddə çatdı. Türkiyə ilə bağlı məruzə hazırlanmışdı. 13 il əvvəl monitorinqdən post-monitorinqə keçirilmişdi. Yaz sessiyasında yenidən monitorinqə qaytarıldı. Türkiyə siyasətçiləri bildirmişdi ki, fikir mübadiləsi aparmağa hazırdılar. Bu addımla Türkiyəni Avropadan ayırmağa çalışırlar”.
S.Səmədov qeyd edib ki, Avropa Şurasında yaranmış vəziyyət burada böhranın olduğunu göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/oqtay-esedov-aspa-nin-yaz-sessiyasininda-turkiye-qarsi-yanlis-addim-atildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR