“REAL TV və APA TV əməkdaşlarına qarşı son bir həftə ərzində baş vermiş iki insidentə əsaslanaraq, Azərbaycanda jurnalistlərə qarşı hücumların intensivləşdiyini söyləmək doğru olmaz. Bu hadisələr zaman baxımından təsadüfən üst-üstə düşüb. Lakin jurnalistlərin peşə fəaliyyətini həyata keçirərkən fiziki müdaxilə ilə üzləşməsi onların təhlükəsizliyi və hüquqlarının qorunması məsələsini gündəmə gətirir”.
Metbuat.az xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib.
O, belə hallarla üzləşən jurnalistlərin və çalışdıqları redaksiyaların ilk növbədə hansı addımları atmalı olduqlarına da aydınlıq gətirib.
Ətraflı videoda: