Tayland Red Bull şirkətinin sahibinin varisi və nəvəsini interpol xətti ilə axtarışa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 5 milyard dolların varisi Vorayut Yuvitthaya 2012-ci ildə sərxoş vəziyyətdə polis serjantını "Ferrasi"si ilə vuraraq öldürüb və hadisə yerindən qaçıb.

Aprelin 28-də o növbəti dəfə Banqkok məhkəməsinə gəlmədiyi üçün məhkəmə onun həbsinə order vermişdi.

Tayland XİN-i və baş prokurorluğu Yuvitthayanın tez-tez olduğu ölkələrə sorğu göndərərək ekstradisiyasını tələb etməyə hazırlaşır.

Qeyd edək ki, "Red Bull"un varisini 10 il həbs gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində