Türk telekanallarının unudulmayan 5 yarışmaçısı

Türk telekanallarının unudulmayan 5 yarışmaçısı
13:42 2 May 2017
Ölkə mətbuatı
A- A+

Türkiyə telekanallarında hər zaman fərqli simalar və qeyri-adi hadisələr baş verib.

1990-cı illərdə bu hallarda daha çox vüsət almışdı. Son illər isə müxtəlif telekanallarda fərqli xasiyyətləri və davranışları ilə seçilən şəxslər məşhurlaşır.

Milli.Az axşam.az-a istinadən son 5 il ərzində ulduza çevrilən 5 televiziya adamını təqdim edir.

1. "İşte Benim Stilim"in iştirakçısı Bahar Candan - 2015-ci ildə ilk dəfə bacısının bu yarışmadakı çıxışında qonaq olub. 2016-cı ildə isə özü yarışmaya qatılıb. Hərəkətləri ilə həm münsifləri, həm də iştirakçıları bezdirən Bahar finalda 2-ci olduğu üçün studiyanı tərk etmişdi. Sonrakı mövsüm isə yenidən yarışmaya qatılıb. 19 yaşlı Bahar Hüquq fakültəsinin tələbəsidir.

2.  Əvvəl "Kısmetse olur", sonra "Survivor"da yarışan Eser Vest - O, əvvəlcə yarışmada Cansel ilə yaşadığı sevgi ilə tanınıb. Yarı amerikalı ləhcəsi, hərəkətləri qısa zamanda onu məşhurlaşdırdı. "Survivor"da isə çətin şəraitə dözmədiyi üçün oaradan ayrılmalı oldu.

3. Zuhal Topalın evlilik proqramındakı Songül - Komplekssiz hərəkətləri və olmayan səsi ilə oxuduğu mahnılarla tanınıb.

4. Zuhal Topalın proqramındakı Korcan Cinemre - O, bir qıza namizəd olaraq verilişə qatılıdı və verdiyi gülməli cavablarla hər kəsin diqqətini çəkdi. Sonradan məlum olmuşdu ki, Korcan daha əvvəl də bir neçə proqrama oradakıları lağa qoymaq üçün qatılıbmış.

5. "Kelime Oyunu" yarışmasının rekordçusu Yusif Dinçer - 14 sualı 23 saniyədə bilərək hər kəsi təəcübləndirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR