“İtaliyada futbolçuları cinayətkar kim təhqir edirlər” - Naqotomo

“İtaliyada futbolçuları cinayətkar kim təhqir edirlər” - Naqotomo
22:22 2 May 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in yaponiyalı futbolçusu Yuto Naqotomo "Napoli" ilə oyundakı səhvi haqqında açıqlama verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, müdafiəçi italiyalı azarkeşlərin tələbkar olduqlarını qeyd edib.
 
"Burada əgər uğurlu çıxış edirsinizsə, sizə Allah kimi hörmət edirlər. Ancaq səhv etsəniz, bunun cəzası ağır olur. Sizi cinayətkar kimi təhqir edirlər. Ona görə də maksimum dərəcədə diqqətli olmaq lazımdı. Mən fəxr edirəm ki, belə tələbkar bir mühitdə 7 ildir ki, oynaya bilirəm. Yalnız bu, mənə irəliyə doğru addımlamaq üçün motivasiya verir" - deyə oyunçu öz tvitter səhifəsində paylaşıb.
 
Qeyd edək ki, A seriyasının 34-cü turunda baş tutumuş sözügedən oyunda "Napoli" minimalhesablı qələbə qazanmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR