Ağdaşda ağır qəza: avtomobil arxa aşdı

Ağdaşda ağır qəza: avtomobil arxa aşdı
10:24 3 May 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş-Ləki-Qaraoğlan avtomobil yolunda qeydə alınıb.
 
“VAZ 2115” markalı minik avtomobilinin yoldan çıxaraq su arxına aşması nəticəsində rayonun Aşağı Ləki kənd sakinləri, 1989-cu il təvəllüdlü Mahmudov Dilqəm Tarıyel oğlu və 1990-cı il təvəllüdlü Aşurov Elşad İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
 
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273712

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR