Danışa və eşidə bilməyən model:

Danışmaq və eşitmək imkanları məhdud olsa da, o, həqiqətən xoşbəxtdir. Çünki indiyə kimi istədiyi bütün məqsədlərinə nail olub.

24 yaşlı Xaliq Məmmədzadə dili ilə özünü ifadə edə bilməsə də, model kimi özünü göstə bilir.

Anası Xədicə xanım deyir ki, Xaliqin cəmiyyətə inteqrasiya olunması üçün lap körpəliyindən hər şeyi ediblər. Çünki hiss ediblər ki, Xaliq danışa bilməsə də, uğurlu insan olmaq üçün var gücü ilə cəhd göstərir.

Xaliq məktəbdə də əla oxuyub. Anası deyir ki, o, test vasitəsilə imtahan verərək kollecə daxil olanda heç kimin inanmağı gəlməyib.

Sonradan modelliyə həvəsi olan Xaliq, model jurnallarından hərəkət və pozaları öyrənib. Ailəsi buna etiraz etməyib. Çalışmaları bəhrəsini verib. Xaliq model yarışmalarına qatılıb və qalib gəlib.

Xaliq basketbolla da peşəkar şəkildə məşğul olur. Eyni zamanda, bərbərlik edir. Kollecdə rəssamlıq təhsili alır. Əsas planları isə modelliklə bağlıdır.

24 yaşlı model sosial şəbəkələrdə də kifayət qədər məşhurdur. Amma yəqin ki, indiyə kimi çoxları onun nitq və eşitmək imkanlarının məhdud olduğunu bilmirdi.

"Xəzər xəbər"in mövzu ilə bağlı hazırladığı ətraflı videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR