ABŞ Prezidenti Donald Trampın bu vəzifədə ilk xarici səfəri mayın sonunda İsrail, Səudiyyə Ərəbistanı və Vatikana olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ağ Evdəki mənbə açıqlayıb.

D.Trampın ilk xarici səfərləri mayın 25-i Brüsseldə NATO sammiti və Taorminada (İtaliya) G7 sammiti ilə başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində