Keniyada Milli Parkdan qaçan fillər 4 kəndlini öldürüb.

Metbuat.az xəbər verir ki, 3 gün əvvəl Meru əyalətindəki Milli Parkdan qaçan fillər kəndə hücum edərək, 17 yaşlı oğlanla uşağı əzərək öldürüb. Bir kəndlini isə yaralayıb.

Fillər Tharaka-Nithi əyalətində isə daha 2 kəndlini öldürüb. Kəndlilər qorxudan çölə çıxa bilmir. Fillər hələ ki, tapılmayıb.

Aytən Novruzova / Metbuat.az