Türkiyə terrorla mübarizədə yeni dronların istehsalında bir ilkə imza atıb.
Metbuat.az xəbər verir ki, kamikaze və süni intellekt alqoritminə əsasən çalışan avtonom dronların qrup şəklində hərəkəti təmin olunacaq.
Yeni nəsil pilotsuz təyyarələr Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdiriləcək.
Türkiyənin tam yerli imkanlarla istehsal etdiyi və ordunun silahlanmasında istifadə olunan pilotsuz təyyarələri terrorla mübarizə və digər əməliyyatlarda istifadə ediləcək.
Bu təyyarələr "ANKA-S" layihəsi çərçivəsində peykdən də idarə oluna biləcək və milli peykin əhatə dairəsi çərçivəsində əməliyyatlarda istifadə olunacaq.
“Təkbaşına düşmənə hücum edən igid” mənasını verən Alpaqunun Toqan və Karqudan fərqi sabit qanadlı olması və bir lançerdən fırladıla bilməsidir. Alpaqu 45 saniyə ərzində istifadəyə hazır vəziyyətə gətirilə bilir.
“Dağ başındakı müşahidə qülləsi” və “Atmaca” mənasını verən Karqu yüksək performanslı müşahidə və hədəfə yönəlmək bacarığı üzrə kamikaze xüsusiyyətlərilə diqqət çəkir.
Gecə və gündüz əməliyyatları üçün nəzərdə tutulan dönər qanadlı Karqu çox qısa zamanda əməliyyata hazır vəziyyətə gətirilə bilir. Həssas vuruş xüsusiyyətilə Karqunun sursatı asanlıqla dəyişdirilə bilir. Ondan xüsusilə, assimmetrik hərb və sərhəd təhlükəsizliyində istifadə planlaşdırılır.
"Doğan" mənasını verən Toqan yüksək performanslı uçuş sayəsində obyekti təsbit və təqib edə bilir. 30 qat optik yaxınlaşdırma xüsusiyyətilə obyekti kəşf və təyinetmə sahəsində mükəmməl göstəricilərə malikdir. Toqan gecə və gündüz əməliyyatları üçün əvəzsizdir. Qısa zaman ərzində uçuşa hazır olan Toqan 40 dəqiqə müddətində havada qalma xüsusiyyətinə malikdir.
Türkiyənin Müdafiə Sənayesi Müşavirliyi “Alpaqu”, “Karqu” və “Toqan”
adlanan yeni nəsil tam silahlı pilotsuz təyyarələrin 2017-ci ilin
oktyabr ayında orduya təhvil verilməsini planlaşdırır.
Aytən Novruzova / Metbuat.az