Suriya həbsxanalarındakı 1600 fələstinli haqqında demək olar ki, məlumat yox dərəcəsindədir.

Metbuat.az xəbər verir ki, Suriyadakı fələstinlilərin haqlarını müşahidə qrupu Bəşər Əsəd rejimindən məhbusların taleyi haqda məlumat verməyi tələb edib.

Qeyd edək ki, 2011-ci ildən bəri Suriya həbsxanalarında 1600 fələstinli saxlanılır.

Qərargahı Londonda yerləşən müşahidə qrupu Əsəd rejimini Suriya həbsxanalarında saxlanılan fələstinlilərin dəqiq sayını açıqlamağa və onları azad etməyə dəvət edib.

BMT-nin hesabatına əsasən, Suriyada hazırda 450 min fələstinli yaşayır ki, onların 95%-i dəstəyə ehtiyac duyur.

Aytən Novruzova / Metbuat.az