Salvadorda 6,2 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, yeraltı təkanların episentri Sonsonat şəhərindən 97 kilometr, paytaxt San-Salvadordan isə 128 kilometr aralıda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb. Xəsarət alanların da olmadığı bildirilib. (trend)