Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına güclü idmançılar gəlib, ona görə də hər bir medalı qazanmaq xüsusi əhəmiyyət kəsb edir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə qadınlar arasında cüdo üzrə 48 kq çəki dərəcəsində gümüş medal qazanmış idmançımız Ayşə Qurbanlı deyib.
Onun sözlərinə görə, İslamiadanın doğma şəhərdə keçirilməsi məsuliyyət hissini artırır:
"Mənim beynəlxalq arenada uğurlarım olub, amma Bakıda əldə olunan "gümüş" böyük əhəmiyyət kəsb edir. Bu mənim karyeramda ən yaxşı nəticədir".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az