Fatih Terim: "Messi Türkiyədə futbol oynasaydı..."

Fatih Terim: "Messi Türkiyədə futbol oynasaydı..."
23:37 7 Yanvar 2015
211 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim "Məşqçilərin beynəlxalq seminarı"nda çıxış edib. Goal.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Terim ölkə futbolunu tənqid atəşinə tutub.

"Antaliyada hər 2 mövsümdən bir məşqçilərin seminarı keçirilir. Dünya çempionu olduqdan bir neçə ay sonra Marçelo Lippi gəlmişdi. Amma belə təcrübəli mütəxəsis çıxış edəndə salondakıların yarısı siqarət çəkib qəhvə içirdi. Deməli, Lippinin onlara fayda verməyəcəyini düşünüblər. Daha sonra Kapello gətirildi. Lakin eyni vəziyyətin şahidi oldum. Tədbir 2 ildə cəmi 2 gün vaxt alır, amma buna da səbr edə bilməyənlər var.

Təəssüf ki, ölkə futbolu geriyə gedir. 2014/15 mövsümündə UEFA lisenziyası alan klubların sayı azalıb. PTT 1-ci divizionda, ümumiyyətlə heç bir klubun UEFA lisenziyası yoxdur. Heç biri bu barədə müraciət belə etməyib. Bu isə o deməkdir ki, Türkiyə kubokunu qazansalar da, avrokuboklardan kənarda qalacaqlar. Ötən mövsüm bu, "Sivasspor"un başına gəldi. 2 və 3-cü divizionlarda hələ də çayxanalarda qurulub idarə olunan klublar var. E-mail və faks ünvanları yoxdur deyə, əlaqə saxlaya bilmirik. Soyunub-geyinmə otağı olmadığı üçün çayxanada soyunan, duş kabinəsi əvəzinə hamamda çimən futbolçular var. Bizim böyük "5-lik" çempionatlarında çıxış edən yalnız 1 futbolçumuz var: Arda Turan. Başqa futbolçumuz yoxdur".

Fatih Terim uşaq futbolunun problemlərini də önə çəkib.

"Başqa ölkələrdə futbol oynamaq istəyən uşaq ən yaxın həvəskar klubla əlaqə saxlayır. Normal şəraitdə məşq edir və inkişaf edir.Rəqiblərimiz hər yaş qrupuna uyğun strategiya hazırlayırlar. Messinin uşaqlığı Türkiyədə keçsəydi, "bu çəlimsizdir" deyərdik. Oynadığı qrupda yaşı suni şəkildə aşağı salınmış və fiziki cəhətdən daha güclü uşaqlar tərəfindən əzilərdi. Bu isə belə istedadlı futbolçunun yox olması ilə nəticələnərdi. Ya da istedadını göylərə qaldırıb valideynləri və məhəllədəki dükançı televiziyaya çıxarılardı. Həmin yaşda bu qədər təzyiqi daşıya biləzdi. Psixologiyası pozulan uşaq isə futboldan uzaqlaşardı".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR