ABŞ-ın ən populyar və zəngin müğənnilərindən biri, 27 yaşlı Teylor Sviftin yeni sevgilisi var. Son üç ayda mediadan kənar qalmağa çalışan müğənni indi 26 yaşlı britaniyalı aktyor Co Elvinlə birlikdədir.

Milli.Az The Sun-a istinadən bildirir ki, Tom Hiddlstonla münasibətləri uğursuzluqla bitən T.Svift yeni "macəra"sı barədə heç bir açıqlama vermir.

Son vaxtlar Londonda səfərlərini intensivləşdirən Teylor Svift ictimai yerlərdə diqqət çəkməməyə çalışır. O, hətta parik də taxır. Müğənni Londonun şimalında malikanə icarəyə götürüb. Co Elvin bu malikanədə tez-tez qonaq olur.

Aktyor "Oskar" laueratı Enq Linin "Billy Lynn's Long Halftime Walk" filmindəki baş rolundan sonra məşhurlaşıb. C.Elvin rejissor Riteş Batrın "The Sense of an Ending" filminə də çəkilib.

Teylor Sviftin indiyədək bir neçə sevgilisi olub. Amerikalı müğənni 2008-ci ildə musiqiçi Co Conas, 2009-cu ildə aktyor Teylor Lotner, 2010-cu ildə Ceyk Cilenhol, 2012-2015-ci illərdə Harri Stayls, daha sonra Kelvin Harris və Tom Hiddlstonla eşq yaşayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində