Semestr imtahanlarında qaydaları pozanlar cəzalandırılacaq - ƏMR

Semestr imtahanlarında qaydaları pozanlar cəzalandırılacaq - ƏMR
17:34 17 May 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov ali və orta ixtisas təhsili müəssisələrində 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etsinlər, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər. İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıdıqlarını nəzərə alsınlar, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaratsınlar. İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat verilməlidir.

 

Aparatın rəhbəri, Elm, ali və orta ixtisas təhsili və Daxili nəzarət şöbələrinə tapşırılıb ki, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər.

 

Əmrdə qeyd edilib ki,  bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlər görülməli, nəticələr haqda nazirliyin rəhbərliyi məlumatlandırılmalıdır.

 

Ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının nəticələri təhlil olunmalı, müvafiq arayışları müzakirəyə təqdim edilməlidir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR